Bakı. Elçin Hüseynov - Trend:
Rusiyanın 15-ə yaxın aviaşirkəti Türkiyəyə çarter uçuşlarını həyata keçirməyə hazırdır. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın aviasiya idarəsi “Rosaviasiya”nın rəhbəri Aleksandr Neradko bildirib.
O qeyd edib ki, müvafiq icazəni alandan sonra aviaşirkətlərə çarter uçuşlarının başlanılmasına bir neçə saat kifayət edəcək: "Aviaşirkətlər o qədər çevikdir ki, təyyarəni havaya qaldırmaq üçün onlara bir neçə saat kifayət edəcək".
Daha əvvəl "Rossiya" aviaşirkəti Moskvanın "Vnukovo" hava limanından Antalyaya uçuşları bərpa edib.