...

Avstriya kansleri: Avropa İttifaqı Türkiyə ilə saxta danışıqları dayandırmalıdır

Dünya xəbərləri Materials 15 Avqust 2016 12:32 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Türkiyənin bu qurumda üzvlüyü ilə bağlı saxta danışıqları aparmaq əvəzinə Ankaraya əməkdaşlığın yeni formatını təklif etməlidir.
Avstriya kansleri: Avropa İttifaqı Türkiyə ilə saxta danışıqları dayandırmalıdır

Bakı. Elçin Hüseynov - Trend:

Avropa İttifaqı (Aİ) Türkiyənin bu qurumda üzvlüyü ilə bağlı saxta danışıqları aparmaq əvəzinə Ankaraya əməkdaşlığın yeni formatını təklif etməlidir.

Trend xəbər verir ki, bunu Avstriyanın "APA" dövlət agentliyinə müsahibəsində Avstriya kansleri Kristian Kern bəyan edib.

Kansler hesab edir ki, Aİ iqtisadı, təhlükəsizlik və miqrasiya məsələlərinə dair tərəflərin əməkdaşlıq planını hazırlayıb təklif etməlidir.

K.Kern bildirib ki, digər Avropa dövlətləri ilə məsləhətləşmələrdən sonra Türkiyənin Aİ-yə üzvlüyü barədə danışıqların dayandırılmasına dair təşəbbüs ilə çixiş etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti