...

Avropa Olimpiya Komitəsinin prezidenti saxlanıldı

Dünya xəbərləri Materials 17 Avqust 2016 16:23 (UTC +04:00)
Rio-de-Janeyro polisi Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkini Olimpiadaya qanunsuz biletlərin satışında şübhəli bilərək saxlayıb.
Avropa Olimpiya Komitəsinin prezidenti saxlanıldı

Bakı. Elçin Hüseynov - Trend:

Rio-de-Janeyro polisi Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkini Olimpiadaya qanunsuz biletlərin satışında şübhəli bilərək saxlayıb. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Bundan əvvəl Rio-de-Janeyro polisi İrlandiya əsilli Kevin Ceyms Mellonu və onun tərcüməçisi Barbara Karniyeri saxlayıb. Hər iki şəxs Böyük Britaniyanın "THG" şirkətini təmsil edirlər.

K.C.Mellonda Braziliyada keçirilən Olimpiadanın ən populyar yarışlarına 800 bilet aşkar edilib. Şahidlərin ifadələrinə əsasən, bəziləri Olimpiadanın açılış mərasimində iştirak etmək üçün K.C.Mellon və onunla əlbir olan insanlardan 25 min reala (8 min dollar)  biletlər əldə ediblər. Halbuki biletlərin həqiqi qiymətləri 1400 real (450 dollar) təşkil edib.

Qeyd edək ki, P.Hikki AOK-un rəhbəri olması ilə yanaşı, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə komitəsinin üzvü və İrlandiya Olimpiya Komitəsinin prezidentidir.

Xəbər lenti

Xəbər lenti