...

ABŞ səfiri: Türklərə verdiyiniz sözü tutmasanız, peşman olarsınız

Dünya xəbərləri Materials 30 Avqust 2016 12:41 (UTC +04:00)
ABŞ PKK terrot təşkilatının Suriya qolu olan PYD-nin Fərat çayının qərbinə keçməcəyinə dair Türkiyəyə verdiyi sözü tutmadı.
ABŞ səfiri: Türklərə verdiyiniz sözü tutmasanız, peşman olarsınız

Bakı. Trend:

ABŞ PKK terrot təşkilatının Suriya qolu olan PYD-nin Fərat çayının qərbinə keçməcəyinə dair Türkiyəyə verdiyi sözü tutmadı.

Trend-in Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefri deyib.

O qeyd edib: "Əgər Türkiyəyə verdiyiniz sözə sadiq qalmazsanız, çox tez peşman olarsınız".

Keçmiş səfir qeyd edib ki, İŞİD terror təşkilatı ABŞ və Türkiyə üçün təhdiddir: “PKK-nın Suriya qolu olan və daha çox ərəb əhalinin yaşadığı bölgələri ələ keçirməyə çalışan PYD Türkiyə üçün qəti şəkildə təhdiddir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti