...

Türkiyədə 70-dən artıq adam həbs edilib

Dünya xəbərləri Materials 4 Sentyabr 2016 18:06 (UTC +04:00)
Türkiyədə dövlət çevrilişinə cəhd işinin istintaqı çərçivəsində ən azı 70 nəfər saxlanılıb
Türkiyədə 70-dən artıq adam həbs edilib

Bakı. Trend:

Türkiyədə dövlət çevrilişinə cəhd işinin istintaqı çərçivəsində ən azı 70 nəfər saxlanılıb.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Qeyd edk ki, saxlanılanların arasında 37 nəfər "Türk Telekom"-un əməkdaşıdır, 7 nəfər isə Manisa əyalətinin polis əməkdaşlarıdır.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti