...

Çində analoqu olmayan körpünün tikintisi başa çatdı

Dünya xəbərləri Materials 12 Sentyabr 2016 11:14 (UTC +04:00)
Çinin Quyçjou vilayətində dünyanın ən hündür körpüsünün əsas aşırımının tikintisi başa çatıb.
Çində analoqu olmayan körpünün tikintisi başa çatdı

Bakı. Trend:

Çinin Quyçjou vilayətində dünyanın ən hündür körpüsünün əsas aşırımının tikintisi başa çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, 1,34 kilometr uzunluğunda asma körpü Beypantsyan vadisi üzərindən keçir.

Onun vadinin dərinliyi üzərindəki hərəkət hissəsinin hündürlüyü 570 metrdir.

Bu göstəriciyə görə körpünün dünyada analoqu yoxdur. Körpünün tikintisinə 2013-cü ildə başlanıb, inşasına təqribən 150 milyon dollar xərclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti