Bakı. Trend:
İsrailin doqquzuncu prezidenti, Nobel mükafatçısı Şimon Pereslə vida mərasimi Qüdsdə Qersel dağında başlayıb. Trend bu barədə TACC-a istinadən məlumat verir.
Mərasimdə iştirak edən tanınmış siyasi və ictimai xadimlər arasında ABŞ-ın sabiq prezidenti Bill Klinton və indiki prezidenti Barak Obama, Fransanın sabiq prezidenti Nikola Sarkozi və hazırki prezidenti Fransua Olland və başqaları iştirak edir. Maraqlısı odur ki, iştirakçılar arasında hətta Fələstin dövlətinin prezidenti Mahmud Abbas da var.
Qeyd edək ki, Ş.Peres 93 yaşda dünyasını dəyişib. Sabiq prezident sentyabrın 13-də insult keçirib və sonra xəstəxanaya yerləşdirilmişdi.