...

İsrail "Azadlıq donanması" ilə bağlı insidentə görə Türkiyəyə təzminat ödəyib

Dünya xəbərləri Materials 30 Sentyabr 2016 17:21 (UTC +04:00)
İsrail hökuməti "Azadlıq donanması" ilə bağlı insidentə görə Türkiyəyə 20 milyon dollar təzminat ödəyib.
İsrail "Azadlıq donanması" ilə bağlı insidentə görə Türkiyəyə təzminat ödəyib

Bakı. Orxan Quluzadə - Trend:

İsrail hökuməti "Azadlıq donanması" ilə bağlı insidentə görə Türkiyəyə 20 milyon dollar təzminat ödəyib.

Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, vəsait Türkiyə Ədliyyə Nazirliyinin hesabına köçürülüb.

Qeyd edək ki, iki ölkə arasında əlaqələr 2010-cu ildə "Azadlıq donanması" ilə bağlı baş vermiş insidentdən sonra pisləşmişdi. Həmin insident zamanı Qəzza sektoruna istiqamət almış gəminin 9 türkiyəli üzvü İsrail hərbçiləri tərəfindən öldürülmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti