...

Yaponiyada zəlzələyə görə işlər dayanıb

Dünya xəbərləri Materials 22 Noyabr 2016 10:22 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın şərqində baş vermiş zəlzələ "Kureha" korporasiyasının kimya laboratoriyasında yanğına və "Nissan Motor" şirkətində istehsalatın dayanmasına səbəb olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Fukusima prefekturasının İvaki şəhərində yerləşən laboratoriyada yanğın 7.4 maqnitudalı zəlzələdən dərhal sonra baş verib.

Hadisə nəticəsində "Kureha" korporasiyasına nə dərəcədə zərər dəydiyi açıqlanmır.

Zəlzələ səbəbindən bir sıra supermarketlər, bank bölmələri də bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti