...

İran və Rusiya bu sahədə razılaşdı

Dünya xəbərləri Materials 12 Dekabr 2016 17:42 (UTC +04:00)
İran və Rusiya informasiya texnologiyaları sahəsində yeni razılaşmalar əldə edib
İran və Rusiya bu sahədə razılaşdı

Bakı. Elmira Tariverdiyeva - Trend:

İran və Rusiya informasiya texnologiyaları sahəsində yeni razılaşmalar əldə edib.

Trend-in IRNA agentliyinə istinadən məlumatına görə, bu sözləri İranın informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Mehdi Möhtəşəmi deyib.

Onun sözlərinə görə, bu razılaşmalar ötən həftə Rusiyanın İKT nazir müavininin Tehrana səfəri zamanı əldə olunub.

Bu razılaşmalar axtarış sistemləri, fiber optik xətlərin çəkilişi sahələrində əməkdaşlığı əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti