...

Putinlə Ruhani Suriyanı müzakirə ediblər

Dünya xəbərləri Materials 19 Dekabr 2016 19:48 (UTC +04:00)
İran tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı baş tutub.
Putinlə Ruhani Suriyanı müzakirə ediblər

Bakı. Trend:

İran tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Trend Kremlin rəsmi saytına istinadən xəbər verir ki, onlar Suriya problemini, xüsusilə də Hələb ətrafındakı son prosesləri müzakirə ediblər.

Rəsmi məlumata əsasən prezidentlər Suriyada problemin həlli istiqamətində real siyasi proseslərin başlanması üçün birgə səylərin əhəmiyyətini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti