...

Rusiyalı istintaqçılar Ankarada səfirin qətlə yetirildiyi yeri tədqiq edirlər

Dünya xəbərləri Materials 20 Dekabr 2016 17:12 (UTC +04:00)
Andrey Karlovun öldürülməsi ilə əlaqədar türkiyəyə ezam olunmuş operativ-istintaq qrupunun üzvləri səfirin qətlə yetirildiyi yerdə tədqiqatlar aparırlar.
Rusiyalı istintaqçılar Ankarada səfirin qətlə yetirildiyi yeri tədqiq edirlər

Bakı. Trend:

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar ezam olunmuş operativ-istintaq qrupunun üzvləri səfirin qətlə yetirildiyi yerdə tədqiqatlar aparırlar. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfirliyindəki mənbə xəbər verib.

Qeyd edək ki, ötən gün RF və Türkiyə liderləri qətlin araşdırılması üçün Ankaraya Rusiya istintaq qrupunun göndərilməsi ilə bağlı razılıq əldə ediblər. Vladimir Putin qeyd edib: "Biz qatili kimin göndərdiyini bilməliyik".

A.Karlovun öldürülməsindən sonra V.Putin Rusiyanın Türkiyədəki diplomatik nümayəndəliklərinin mühafizəsini gücləndirməyi tapşırıb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Xəbər lenti

Xəbər lenti