Bakı. Trend:
Taylandın şərq sahillərində Pattaya kurort şəhəri yaxınlığında 23 hindistanlı turistin olduğu qayıq batıb. Trend bu barədə RİA Novosyi-yə istinadən məlumat verir.
Qəzanın səbəbi qayığın gözlənilmədən su buraxması olub. Qayıqda olan turistlər arasında azyaşlı uşaqlar da olub. Yaxınlıqdan keçən 2 katerdəki şəxslər turistləri sudan xilas etməyə müvəffəq olublar.
Hazırda turstlərə tibbi yardım göstərilib və onlar mehmanxanalara qayıdıblar .