...

Türkiyədə "ikili" seçkilərin ilkin tarixi məlum olub

Dünya xəbərləri Materials 30 Dekabr 2016 14:10 (UTC +04:00)
Türkiyədə parlament və prezident seçkilərinin ilkin tarixi 3 noyabr 2019-cu il müəyyən olunub
Türkiyədə "ikili" seçkilərin ilkin tarixi məlum olub

Ankara. Atilla Caner - Trend:

Türkiyədə parlament və prezident seçkilərinin ilkin tarixi 3 noyabr 2019-cu il müəyyən olunub. Bu barədə Trend-ə Türkiyənin Ali Seçki Komitəsindən məlumat verilib.

Məlumata görə, konstitusiyaya edilən yeni dəyişikliklərə əsasən, bu seçkilər bir gündə keçiriləcək.

Qeyd edək ki, ötən gün Türkiyə parlamentinin hüquq komissiyası yeni konstitusiyanın bir sıra maddələrini qəbul edib.

Ölkə Konstitusiyasına dəyişikliklər hazırda Türkiyə Böyük Millət Məclisində müzakirə olunur. Bununla bağlı referendum 2017-ci ilin aprelində keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti