...

Tramp prezident olduğu müddətdə də "Twitter"dən fəal istifadə edəcək

Dünya xəbərləri Materials 1 Yanvar 2017 22:27 (UTC +04:00)
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezident olduğu müddətdə də "Twitter"dən fəal istifadə edəcək
Tramp prezident olduğu müddətdə də "Twitter"dən fəal istifadə edəcək

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezident olduğu müddətdə də "Twitter"dən fəal istifadə edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ evin mətbuat katibi vəzifəsinə namizəd Şon Spayser "ABC" telekanalına müsahibəsində deyib.

Aparıcının sualına cavab verərkən Spayser bildirib ki: "Donald Tramp şübhəsiz ki, "Twitter"dən istifadə edəcək. Mən düşünürəm ki, Trampın sosial şəbəkələrdə 45 milyondan artıq oxucusunun olmağı aparıcı KİV-ləri qorxudur. Çünki Trampın öz fikirlərini KİV-lər vasitəsilə millətə çatdırmağa ehtiyacı yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti