Bakı. Trend:
Fransada yeni il gecəsi naməlum şəxslər tərəfindən 650 avtomobil yandırılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Bu il növbəti dəfə yandırılmış avtomobillərin sayı onu göstərir ki, bu fenomen nə qədər qəbuledilməz olsa da, mövcuddur. Bu gecə 650 avtomobil yandırılıb. 2016-cı il yanvarın 1-də isə 602 avtomobil yandırılmışdı", - məlumatda deyilir.
Bundan əlavə, nazirlikdə qeyd ediblər ki, bütün ictimai-əsayişi pozmaq cəhdlərinin hüquq-mühavizə orqanları tərəfində qarşısı alınıb: "Gecə ərzində 454 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Onlardan 301 nəfəri müvəqqəti həbs edilib".