...

Böyük Britaniya ehtiyatsızlıqdan Kraliçasını itirə bilərmiş

Dünya xəbərləri Materials 5 Yanvar 2017 14:28 (UTC +04:00)
Böyük Britaniya Kraliçası II Yelizaveta Bukingem sarayında ölümlə üz-üzə qalıb.
Böyük Britaniya ehtiyatsızlıqdan Kraliçasını itirə bilərmiş

Bakı. Trend:

Böyük Britaniya Kraliçası II Yelizaveta Bukingem sarayında ölümlə üz-üzə qalıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Independent" qəzetində yer alan məlumata görə, yuxusuzluqdan əziyyət çəkən Kraliça sarayın həyətində gəzərkən ərazinin təhlükəsizliyinə cavabdeh olan mühafizəçilərdən biri silahı ona tərəf tuşlayıb və kim olduğunu soruşub. Kraliça kim olduğunu bildirdikdən sonra mühafizəçi “az qala onu vuracağını” deyib.

Bu hadisəni qəzetə keçmiş qarovul rəsmisi danışıb.

Hadisənin nə vaxt baş verməsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti