...

Türkiyədə daha bir partlayış: üçüncü terrorçu axtarılır (FOTO/VİDEO) (YENİLƏNİB-4)

Dünya xəbərləri Materials 5 Yanvar 2017 18:46 (UTC +04:00)
Türkiyənin İzmir şəhərində partlayış baş verib.
Türkiyədə daha bir partlayış: üçüncü terrorçu axtarılır (FOTO/VİDEO) (YENİLƏNİB-4)

Təfərrüatlar əlavə olunub (İlk xəbər saat 17:26-da yayılıb)

Bakı. Trend:

Türkiyənin İzmir şəhərində daha bir partlayış olub.

Trend-in NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış məhkəmə binası qarşısında saxlanılan şübhəli avtomobillərdən birinin istehkamçılar tərəfindən zərərsizləşdirilməsi cəhdi ilə bağlı ola bilər.

Hazırda üçüncü terrorçunun axtarışı davam etdirilir.

"Anadolu" agentliyi məlumat verir ki, bundan əvvəl partlayış nəticəsində ölən şəxslər polis və məhkəmə əməkdaşıdır.

X X X

18:03

Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, iki terrorçu öldürülüb, biri axtarılır.

X X X

17:53

Trend-in "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayışdan sonra terrorçularla polis əməkdaşları arasında baş verən atışma zamanı 2 asayiş keşikçisi həlak olub.

X X X

Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayışdan sonra terrorçularla polis əməkdaşları arasında atışma olub.

Trend-in "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerində iki terrorçunun meyiti var.

X X X

17:26

Türkiyənin İzmir şəhərində partlayış baş verib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, İzmir məhkəməsi binasının qarşısında iki avtomobil partlayıb.

Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.

X X X

Trend-in "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb.

Bunun terror aktı olduğunu iddia edən agentlik xəbər verir ki, partlayışdan sonra atışma səsləri gəlib. Yerdə bir terrorçunun cəsədi var.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti