...

İstanbul metrosunda terror həyəcanı

Dünya xəbərləri Materials 11 Yanvar 2017 18:28 (UTC +04:00)
Hazırda polis əməkdaşları stansiyada yoxlama aparırlar.
İstanbul metrosunda terror həyəcanı

Bakı. Trend:

İstanbulda Yeni il gecəsi əyləncə klubunda 39 nəfərin öldüyü, 65 nəfərin yaralandığı terror aktını törədən Əbdülqədir Maşaripovun "Bağçılar" metro stansiyasında görünməsi barədə məlumat daxil olandan dərhal sonra polis metronu bağlayıb.

Trend-in məlumatına görə, bütün sərnişinlər stansiyadan çıxarılıb. Hazırda polis əməkdaşları stansiyada yoxlama aparırlar.

Şübhəli şəxsin başqa istiqamətə getməsi ehtimalı ilə əlaqədar olaraq ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti