...

Liviyada nazirlik binaları silahlılardan azad edilib

Dünya xəbərləri Materials 12 Yanvar 2017 20:57 (UTC +04:00)
Liviya güc strukturları paytaxt Tripolidə nazirlik binalarını silahlılardan azad ediblər.
Liviyada nazirlik binaları silahlılardan azad edilib

Bakı. Trend:

Liviya güc strukturları paytaxt Tripolidə nazirlik binalarını silahlılardan azad ediblər.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə xüsusi təyinatlılarının rəsmi nümayəndəsi Əşrəf əs-Sulsi deyib.

Qeyd edək ki, bir qrup silahlı Tripolidə ədliyyə, müdafiə və iqtisadiyyat nazirliklərini ələ keçirmişdi.

Ehtimal edilir ki, hücumun başında keçmiş islamçı hökumətin rəhbəri dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti