Bakı. Trend:
Türkiyənin müxalif kürdyönlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrlərinin 30 ildən 142 ilə qədər azadlıqdan məhrum edilməsi tələb olunur.
Trend-in məlumatına görə, Diyarbəkir prokurorluğunda terrorçuluq fəaliyyəti üzrə cinayət işinin istintaqı çərçivəsində tutulan HDP həmsədrləri - Səlahəddin Dəmirdaşın 43 ildən 142 ilə, Figen Yüksəkdağın isə 30 ildən 83 ilə qədər azadlıqdan məhrum edilməsini nəzərdə tutan ittiham aktı hazırlanıb.