Bakı. Orxan Quluzadə - Trend:
Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalında İŞİD terror təşkilatının 180 obyektinə zərbə endirib.
Trend Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir ki, zərbələr nəticəsində 17 İŞİD üzvü zərərsizləşdirilib.
Ümumulikdə, “Fərat qalxanı” başladıqdan Suriyada 1875 kvadrat metr ərazi terrorçulardan təmizlənib, 2000-dən çox silahlı zərərsizləşdirilib.