...

27 uşaq donub öldü - Əfqanıstanda

Dünya xəbərləri Materials 26 Yanvar 2017 11:43 (UTC +04:00)
Dərzab qəzasında qarlı-şaxtalı hava səbəbindən ən azı 27 uşaq ölüb.
27 uşaq donub öldü - Əfqanıstanda

Bakı. Trend:

Əfqanıstanın şimalında, Cauzcan vilayətinin Dərzab qəzasında qarlı-şaxtalı hava səbəbindən son bir neçə gün ərzində ən azı 27 uşaq ölüb.

Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyətə istinadən xəbər verir.

Faklı Dərzab qəzasının rəhbəri Rəhmətullah Haşar təsdiqləyib.

Onun sözlərində görə, hazırda kəndləri və tibbi mərkəzləri birləşdirən yollar da keçilməz vəziyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti