Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp yaxın günlərində Rusiya prezidenti Vladimir Putin ilə telefonla danışmaq niyyətindədir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə NBC kanalının korrespondeti Helli Cekson "Twitter"dəki səhifəsində ABŞ-ın administrasiyasındakı mənbələrə istinadən yazıb.
H.Cekson yazıb: "Prezident Tramp və Vladimir Putin, administrasiyadakı mənbəyə əsasən, bu həftəsonu, gözlənildiyi kimi, telefonla danışacaqlar. Bu andiçmədən sonra ilk zəng olacaq".