...

Tramp İŞİD-in üzərinə artilleriya göndərir

Dünya xəbərləri Materials 27 Yanvar 2017 20:44 (UTC +04:00)
Ağ Ev Suriya və İraqda İŞİD-ə qarşı mübarizədə döyüş helikopterləri və artilleriyadan istifadə edə bilər.
Tramp İŞİD-in üzərinə artilleriya göndərir

Bakı. Trend:

Ağ Ev Suriya və İraqda İŞİD-ə qarşı mübarizədə döyüş helikopterləri və artilleriyadan istifadə edə bilər.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Qəzetin məlumatına görə, hazırda Suriyanın şimalında İŞİD-ə qarşı döyüşən yerli dəstələr ABŞ-ın başçılıq etdiyi koalisiyadan yalnız hava dəstəyi görür.

Ancaq hələ seçkiöncəsi kampaniyasında Donald Tramp bəyan etmişdi ki, İŞİD-in məhv edilməsi üçün "gizli plan" var.

Məlumata görə, Tramp hərbi eskpertlərə terrorçularla mübarizədə yeni plan hazırlamaq üçün 30 gün vaxt verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti