...

İranda iki yeni yerli peyk təqdim olunub

Dünya xəbərləri Materials 1 Fevral 2017 12:02 (UTC +04:00)
İran ölkədə fevralın 1-i qeyd olunan Milli kosmik texnologiyalar günü münasibətilə iki yeni yerli peyk təqdim edib
İranda iki yeni yerli peyk təqdim olunub

Bakı. Elmira Tariverdiyeva - Trend:

İran ölkədə fevralın 1-i qeyd olunan Milli kosmik texnologiyalar günü münasibətilə iki yeni yerli peyk təqdim edib.

Trend-in məlumatına görə, “Nahid 1” və “Payam Amirkabir” peykləri İran prezidenti Həsən Ruhani və müdafiə naziri Hüseyn Dehqanın iştirakı ilə keçirilən mərasimdə təqdim olunub.

“Nahid 1” peyki İran elm və texnika universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. Məlumata görə, günəş batareyaları ilə çalışan peyk artıq fəzaya buraxılışa hazırdır.

“Payam Amirkabir” peyki isə Əmirkəbir universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti