Bakı. Trend:
Hindistanda tikilməkdə olan 6 mərtəbəli bina çöküb. Hadisə nəticəsində 5 nəfər ölüb, 40-a yaxın adamın dağıntılar altında qaldığı bildirilir.
Trend Sputnik-ə istinadən xəbər verir ki, sözügedən bina Kanpur şəhəri ətrafında yerləşir.
Dağıntılar altından 3 nəfər sağ çıxarılıb. Hələlik qəzanın baş vermə səbəbi tam olaraq bilinməsə də, ehtimala görə binanın təməli möhkəm tikilməyib.