Bakı. Trend:
Amerikalıların 53 faizi ABŞ prezidenti postunda Trampın fəaliyyətindən narazıdır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə CNN telekanalı və ORC tədqiqat xidməti tərəfindən aparılan sorğuların nəticələrində deyilir.
CNN-nin məlumatına əsasən, ABŞ tarixində fəaliyyətinə yeni başlayan prezidentə xalq dəstəyinin bu qədər az olması bir ilkdir.