Bakı. Orxan Quluzadə - Trend:
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu fevralın 9-10-da Ukraynada işgüzar səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə Türkyə XİN məlumat yayıb.
M.Çavuşoğlu ukraynalı həmkarı ilə Strateji Planlaşdırma üzrə birgə qrupun 5-ci iclasında iştirak edəcək.
Səfər çərçivəsində Ankara və Kiyev arasında məsləhət planının imzalanması da gözlənilir.