Bakı. Trend:
İraqın paytaxtı Bağdadın Resalah rayonunda minalanmış avtomobilin partladılıb.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, şəhərin cənub-qərbində törədilən partlayış nəticəsində 10 nəfər həlak olub.
Partlayış nəticəsində ərazidə yerləşən yaxınlıqdakı bina, mağaza və nəqliyyat vasitələrinə ziyan vurulub.
Partlayışa görə hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.