Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Rusiya ilə "СНВ-III" nüvə daşıyıcılarının və başlıqlarının qarşılıqlı azaldılması barədə müqaviləni "birtərəfli" adlandırıb və ABŞ-ın nüvə arsenalının genişləndirilməsini vəd edib.
Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Tramp bu müqaviləni dəstəkləmir və nüvə arsenalını genişləndirmək istəyir ki, ABŞ bu sahədə "rəqabət zirvəsində olsun".
Qeyd edək ki, "СНВ-III" müqaviləsi Rusiya ilə ABŞ arasında 2010-cu ildə imzalanıb və 2011-ci ildə qüvvəyə minib.