...

Karlovun qatili ABŞ-ın Türkiyədəki səfirini də hədəf alıbmış

Dünya xəbərləri Materials 9 Mart 2017 19:06 (UTC +04:00)
Rusiyanın Türkiyədə qətlə yetirilmiş səfiri Andrey Karlovun qatili hadisədən əvvəl təkcə rusiyalı diplomat barədə məlumat toplamırmış
Karlovun qatili ABŞ-ın Türkiyədəki səfirini də hədəf alıbmış

Bakı. Trend:

Rusiyanın Türkiyədə qətlə yetirilmiş səfiri Andrey Karlovun qatili hadisədən əvvəl təkcə rusiyalı diplomat barədə məlumat toplamırmış.

Trend-in məlumatına görə, Mövlud Altıntaş eyni zamanda ABŞ-ın bu ölkədəki səfiri Con Bass barədə də məlumatlar toplayır, araşdırırmış.

Onun ABŞ səfirinə də sui-qəsd planlaşdırması ehtimal olunub. Belə ki, rusiyalı səfirin qətlini araşdıran təhlükəsizlik əməkdaşları M.Altıntaşın kompüterində səfir Con Bass barədə də məlumatlar aşkar edib.

Xəbər lenti

Xəbər lenti