Bakı. Trend:
Malayziyada İŞİD terror qruplaşması ilə əlaqəsi olmaqda təqsirləndirilən 7 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, onlardan 5 nəfəri Filippin vətəndaşıdır.
Polis, həmçinin Malayziya vətəndaşı olan bir qadını saxlayıb. Hava limanının əməkdaşı kimi fəaliyyət göstərən həmin qadın İŞİD üzvlərinin ölkəyə sənədsiz daxil olmasına kömək edirmiş.