Bakı. Trend:
Çinin Anxoy vilayətində "Wanhua" neft şirkətinin anbarında partlayış baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 5 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
Hazırda yaralananlardan 2-si xəstəxanada müalicə alır, 1-i isə artıq evə buraxılıb.
Partlayışın səbəbləri müəyyənləşdirilir.