...

Tillersonun Rusiyadan tələbi: "Ya ABŞ-ı seç, ya da Əsədi"

Dünya xəbərləri Materials 11 Aprel 2017 16:46 (UTC +04:00)
ABŞ-ın dövlət katibi aprelin 11-12-də Rusiyada səfərdə olacaq.
Tillersonun Rusiyadan tələbi: "Ya ABŞ-ı seç, ya da Əsədi"

Bakı. Trend:

"Rusiya seçim etməlidir: ya ABŞ və tərəfdaşları ilə yaxşı münasibətlər, ya da İrana, "Hizbullah"a və Suriya Prezidenti Bəşər Əsədə dəstək".

Trend-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

R.Tillerson qeyd edib: "Biz Suriya xalqının əzab-əziyyətini yüngülləşdirmək istəyirik. Rusiya bu gələcəyin bir hissəsi olmalı, burada mühüm rol oynamalıdır. Ya da Rusiya uzunmüddətli perspektivdə bu maraqlara cavab verməyən qruplara dəstəyini davam etdirə bilər".

Qeyd edək ki, ABŞ-ın dövlət katibi aprelin 11-12-də Rusiyada səfərdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti