...

Ərdoğan: Referendumun nəticələri dövlətin və xalqın rifahına xidmət edəcək

Dünya xəbərləri Materials 17 Aprel 2017 04:00 (UTC +04:00)
Referendumun nəticələri Türkiyə dövlətinin və xalqının rifahına xidmət edəcək.
Ərdoğan: Referendumun nəticələri dövlətin və xalqın rifahına xidmət edəcək

Bakı. Trend:

Referendumun nəticələri Türkiyə dövlətinin və xalqının rifahına xidmət edəcək.

Trend-in Anadolu-ya istinadən verdiyi məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirdiyi mətbuat konfransında bildirib, Anadolu xəbər verir.

Ərdoğanın sözlərinə görə, demokratiyanın prinsiplərinə və xalqın iradəsinə sadiqlik olduğu halda, Türkiyə istənilən hədə və böhranlara müqavimət göstərmək iqtidarındadır. , - Prezident qeyd edib: "15 iyul 2016-ci ildə çevriliş cəhdinin qarşısının alınması bunun bariz nümunəsi oldu".

Onun sözlərinə görə, referendum xalqın öz müqəddəratını, ölkənin gələcəyini həll etməkdə xalqın qətiyyətinin sübutudur.

Ərdoğan 16 aprel referendumun nəticələri hər bir kəsin qələbəsi adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti