...

Miqrantları aparan qayıq batdı - 16 ölü

Dünya xəbərləri Materials 24 Aprel 2017 17:47 (UTC +04:00)
Yunanıstan sahillərində miqrantları aparan qayığın batması nəticəsində 16 nəfər həlak olub
Miqrantları aparan qayıq batdı - 16 ölü

Trend-i buradan izləyin

Bakı. Trend:

Yunanıstan sahillərində miqrantları aparan qayığın batması nəticəsində 16 nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə Lesbos adası yaxınlığında baş verib.

Məlumatda qeyd olunur ki, meyitlərdən 9-u adanın yaxınlığında, 7-i isə Türkiyə sularında aşkar edilib.

Qayıqda olan iki qadını xilas etmək mümkün olub.

Xəbər lenti

Xəbər lenti