...

Sibir "yanır" - 8 min insan təxliyə edildi

Dünya xəbərləri Materials 1 May 2017 15:59 (UTC +04:00)
Rusiya FHN-in aviasiya xidməti Buryatiya, İrkutsk və Baykal ətrafında yaşayış məntəqələrindən 8 min insanı təxliyə edib.
Sibir "yanır" - 8 min insan təxliyə edildi

Bakı. Trend:

Rusiya FHN-in aviasiya xidməti Buryatiya, İrkutsk və Baykal ətrafında yaşayış məntəqələrindən 8 min insanı təxliyə edib. FHN mətbaut xidmətindən verilən məlumata görə son sutka ərzində Sibir meşələrində baş vermiş yanğının söndürülməsinə 4 vertolyot cəlb edilib.

Xatırladaq ki, Sibir meşələrində başlayan meşə yanğınları yaxınlıqdakı yaşayış zonaları, xüsusilə ucqar yaşayış rayonları üçün təhlükə yaradıb.

Xəbər lenti

Xəbər lenti