Bakı. Trend:
Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda hərbçilərlə PKK terrorçuları arasında atışma olub.
Trend-in məlumatına görə, atışma zamanı 2 terrorçu zərərsizləşdirilib, biri ağır olmaqla 7 hərbçi yaralanıb.
Rayonda antiterror əməliyyatları davam etdirilir.