...

BMT: ABŞ maliyyə yardımını azaldarsa, Təşkilat öz vəzifələrini yerinə yetirə bilməyəcək

Dünya xəbərləri Materials 25 May 2017 23:20 (UTC +04:00)
Mayın 25-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında gündəlik brifinq zamanı BMT-nin baş katibinin mətbuat katibi Stefan Cüjarrik Yəmənə humanitar yardım göstərilməsi üzrə öz öhdəliklərini tam həcmdə yerinə yetirən ölkələrə təşəkkürünü bildirib
BMT: ABŞ maliyyə yardımını azaldarsa, Təşkilat öz vəzifələrini yerinə yetirə bilməyəcək

Bakı. Trend:

Mayın 25-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında gündəlik brifinq zamanı BMT-nin baş katibinin mətbuat katibi Stefan Cüjarrik Yəmənə humanitar yardım göstərilməsi üzrə öz öhdəliklərini tam həcmdə yerinə yetirən ölkələrə təşəkkürünü bildirib.

Trend-in "Un.org"a istinadən verdiyi məlumata görə, Cüjarrik qeyd edib ki, əgər ABŞ-ın BMT-nin maliyyələşdirilməsini kəskin azaltmağa dair planları həyata keçərsə, bu Təşkilatın işinə çox mənfi təsir göstərəcək.

Qeyd edək ki, Yəmənə humanitar yardım göstərilməsi üzrə öz öhdəliklərini tam həcmdə 3 ölkə yerinə yetirib - Azərbaycan, Rusiya və ABŞ. Cüjarrik qeyd edib ki, ABŞ Yəməndə aclıqla mübarizəyə daha 77 milyon dollar əlavə vəsait ayıracaq.

ABŞ-ın yeni büdcə layihəsi BMT-nin sülhməramlı fəaliyyətinin maliyyə dəstəyinin 90 faiz azaldılmasını və BMT sisteminin müəssisə və ayrı-ayrı proqramlarının maliyyələşdirilməsinin tamamilə dayandırılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti