...

Ekvadorda 5,6 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 6 İyun 2017 07:50 (UTC +04:00)
Ekvadorun cənubunda Peru ilə sərhəd bölgədə 5,6 bal gücündə zəlzələ baş verib
Ekvadorda 5,6 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Ekvadorun cənubunda Peru ilə sərhəd bölgədə 5,6 bal gücündə zəlzələ baş verib.

Trend-in verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verir.

Zəlzələ UTC vaxtı ilə saat 11:34 radələrində qeydə alınıb. Yeraltı təkanların episentri Perunun Tumbes şəhərində 54 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 50,8 kilometr dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti