...

Kabulda beynəlxalq konfrans keçirilən vaxt partlayış olub

Dünya xəbərləri Materials 6 İyun 2017 11:46 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabulda partlayış olub.
Kabulda beynəlxalq konfrans keçirilən vaxt partlayış olub

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabulda partlayış olub.

Trend-in məlumatına görə, naməlum şəxslər tərəfindən Kabulun "yaşıl zona" adlanan, NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasının mənzil-qərargahının yerləşdirdiyi rayonuna mərmi atılıb.

İlkin məlumata əsasən hadisə nəticəsində zərərçəkən olmayıb.

Qeyd edək ki, bu gün Əfqanıstan paytaxtında 21 ölkənin nümayəndələrinin iştirakı ilə "Kabul prosesi" beynəlxalq konfransı keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti