Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə polisi "Canavar tələsi" adlı əməliyyat keçirir. Trend-in məlumatına görə, əməliyyatda təxminən 5 minə yaxın polis əməkdaşı iştirak edir.
Keçirilən əməliyyatın sənədlərin yoxlanılması, müxtəlif cinayətlərdə suşlu olanların saxlanılması məqsədilə keçirildiyi bildirilib.
Hazırda əməliyyat vağzal və bazarlarda davam etdirilir.
"Canavar tələsi" adlı əməliyyat nəticəsində saxlanılanlar barədə hələ məlumat verilməyib.