...

İraqda terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb

Dünya xəbərləri Materials 9 İyun 2017 22:49 (UTC +04:00)
İraqın Əl-Müsayib şəhərində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb
İraqda terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb

Bakı. Trend:

İraqın Əl-Müsayib şəhərində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İraqın təhlükəsizlik qüvvələrindəki mənbə bildirib.

Məlumata əsasən, partlayış nəticəsində daha 35 nəfər yaralanıb.

Bu terror aktı ilə eyni vaxtda Kərbəla şəhərindəd ə terror aktı törədilib və 4 nəfər yaralanıb.

Qeyd edək ki, terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti