Bakı. Trend:
İrlandiya parlamentində keçirilən səsvermə nəticəsində Leo Varadkar ölkənin yeni baş naziri təyin edilib.
Trend-in məlumatına görə, onun lehinə 57, əleyhinə 50 millət vəkili səs verib.
38 yaşlı L.Varadkar İrlandiya tarixinin ən gənc baş naziri olub.
Qeyd edək ki, o bu vəzifədə ötən gün istefa verdiyini açıqlamış Enda Kennini əvəz edib.