...

Pentaqon Əfqanıstanda ABŞ Hərbi Qüvvələrinin sayını müəyyən edə biləcək

Dünya xəbərləri Materials 15 İyun 2017 03:07 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Pentaqona Əfqanıstanda ABŞ hərbçilərinin sayının təyin edilməsi səlahiyyətini verib
Pentaqon Əfqanıstanda ABŞ Hərbi Qüvvələrinin sayını müəyyən edə biləcək

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Pentaqona Əfqanıstanda ABŞ hərbçilərinin sayının təyin edilməsi səlahiyyətini verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəhbəri Ceyms Mettis təsdiq edib.

"Prezident müdafiə nazirliyinə Əfqanıstanda ABŞ hərbçilərinin sayının təyin edilməsi səlahiyyətini verib. Bu, bizim hərbçilərə hərbi əməliyyatların aparılmasında daha çox imkanlar verəcək", - C.Mettis deyib.

Qeyd edək ki, hazırda Əfqanıstanda 8,4 min hərbçi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti