Bakı. Trend:
Tailandın cənubunda Pattani əyalətində baş vermiş partlayış 5 hərbçinin həyatına son qoyub.
Trend-in məlumatına görə, kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində daha 4 hərbçi yaralanıb.
Məlumatda qeyd olunur ki, bomba hərbçiləri aparan avtomobil yoldan keçərkən uzaqdan idarəetmə ilə partladılıb.
Tailand təhlükəsizlik orqanları bölgədə axtarışlara başlayıb.