...

Ermənistanda işsizlik səviyyəsi 19 faizədək artıb

Dünya xəbərləri Materials 30 İyun 2017 19:44 (UTC +04:00)
Ermənistanda 2017-ci ilin birinci rübündə işsizlik səviyyəsi 19 faiz təşkil edib.
Ermənistanda işsizlik səviyyəsi 19 faizədək artıb

Bakı. Trend:

Ermənistanda 2017-ci ilin birinci rübündə işsizlik səviyyəsi 19 faiz təşkil edib.

Trend-in məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.

Ermənistanın Milli Statistika Xidmətinin məlumatına əsasən, 2016-cı il ərzində bu ölkədə işsizlik səviyyəsi 18 faizə bərabər olub.

Qeyd edək ki, hesabat dövründə Ermənistanın iqtisadi fəal əhalisinin sayı 1 202,9 min nəfər təşkil edib ki, onlardan 228,4 min nəfəri işsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti