...

İranda təyyarə təcili eniş etdi

Dünya xəbərləri Materials 12 İyul 2017 12:36 (UTC +04:00)
İranda İsfahandan Tehrana uçuş həyata keçirməli olan təyyarə texniki problemlərlə əlaqədar təcili eniş etməli olub
İranda təyyarə təcili eniş etdi

Bakı. Elmira Tarıverdiyeva - Trend:

İranda İsfahandan Tehrana uçuş həyata keçirməli olan təyyarə texniki problemlərlə əlaqədar təcili eniş etməli olub.

Trend-in məlumatına görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra ön təkərində problemin olduğu üzə çıxıb. Nəticədə təyyarə elə İsfahan hava limanında geri eniş edib.

Hadisə zamanı təyyarədə 157 sərnişin olub. Sərnişinlərdən xəsarət alan olmayıb.

Sərnişinlər digər təyyarə ilə Tehrana yola salınıb.

Xəbər lenti

Xəbər lenti