...

BƏƏ Yəmənə 10 milyon dollar vəsait ayırdı ki...

Dünya xəbərləri Materials 28 İyul 2017 09:39 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirlikləri Yəmənə 10 milyon dollar vəsait ayırıb.
BƏƏ Yəmənə 10 milyon dollar vəsait ayırdı ki...

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəmənə 10 milyon dollar vəsait ayırıb.

Trend-in məlumatına görə, bu barədə BƏƏ-nin Vitse-Prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktum bəyan edib.

Dubayın hakimi əlavə edib ki, ayrılan vəsait Yəməndə vəba ilə mübarizə üçün nəzərdə tutulub.

O vurğulayıb ki, bu addım Yəməndə vəbanın daha geniş yayılmasının qarşısını almaq üçün atılıb.

Qeyd edək ki, son məlumata görə, Yəməndə vəba epidemiyası səbəbindən ölənlərin sayı 1858 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti